https://news.day.az/azerinews/1846149.html Azərbaycan cüdoçuları Avropa Kubokunu 9 medalla başa vurublar Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku Azərbaycan millisi üçün uğurla başa çatıb. Azərbaycan Cüdo Federasiyasından Day.Az-a verilən məlumata görə, yığma yarışın ikinci günündə aktivinə 8 medal yazdırıb.

Azərbaycan cüdoçuları Avropa Kubokunu 9 medalla başa vurublar

Azərbaycanca, 5 июля 2026 23:15 (UTC +04:00) 353
Azərbaycan cüdoçuları Avropa Kubokunu 9 medalla başa vurublar

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku Azərbaycan millisi üçün uğurla başa çatıb.

Azərbaycan Cüdo Federasiyasından Day.Az-a verilən məlumata görə, yığma yarışın ikinci günündə aktivinə 8 medal yazdırıb.

Mehdi Abbasov (-81 kq) və Ramazan Əhmədov (+100 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Cəsur İbadlı (-81 kq), Canpolad Əliyev (-100 kq) və Nərgiz Əhmədova (-48 kq) yarışı gümüş medalla başa vurublar. Süleyman Şükürov (-90 kq), Davud Namazlı (-100 kq) və Xədicə Qədəşova (-57 kq) isə bürünc mükafat əldə ediblər.

Xatırladaq ki, ilk yarış günündə Əbil Yusubov (-73 kq) gümüş medala yiyələnib.

Beləliklə, Azərbaycan millisi Praqa Avropa Kubokunu 2 qızıl, 4 gümüş və 3 bürünc olmaqla ümumilikdə 9 medalla tamamlayıb. Yekun nəticələrə əsasən yığma 33 ölkə arasında ümumi komanda hesabında üçüncü, oğlanların mübarizəsində isə birinci yeri tutub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости