Şərurda faciəvi qəza BAŞ VERİB: Bir ailənin üç üzvü ÖLÜB - VİDEO
Şərur rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir ailənin üç üzvü həyatını itirib.
Day.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə iyulun 5-də Şərur rayonunun Püsyan kəndi ərazisində qeydə alınıb.
İlkin araşdırmalara əsasən, Şərur rayon sakini Rəşad Məmmədov idarə etdiyi "Lifan" markalı avtomobillə hərəkətdə olarkən hələlik istintaqa məlum olmayan səbəbdən idarəetməni itirib, qarşı hərəkət zolağına çıxaraq həmyerlisi Nəvai Həsənovun idarə etdiyi "VAZ" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində Nəvai Həsənov, onun həyat yoldaşı və 2025-ci il təvəllüdlü azyaşlı övladı hadisə yerində ölüb. Ailənin 7 yaşlı qızı, eləcə də Rəşad Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi bildirib ki, bir ailənin məhvinə səbəb olan bu ağır yol-nəqliyyat hadisəsi sükan arxasında verilən yanlış qərarların hansı faciələrə gətirib çıxara biləcəyini bir daha göstərir.
Qurum sürücülərə müraciət edərək onları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре