https://news.day.az/azerinews/1846214.html Yasamalda evdə partlayış nəticəsində yaralananların vəziyyəti AÇIQLANDI İyulun 4-ü Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində partlayış nəticəsində yaralanan şəxslərin sağlamlıq vəziyyəti açıqlanıb. Day.Az xəbər verir ki, bu barədə TƏBİB-in Mətbuat xidməti məlumat yayıb.

Yasamalda evdə partlayış nəticəsində yaralananların vəziyyəti AÇIQLANDI

Azərbaycanca, 6 июля 2026 12:01 (UTC +04:00) 298
Yasamalda evdə partlayış nəticəsində yaralananların vəziyyəti

İyulun 4-ü Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində partlayış nəticəsində yaralanan şəxslərin sağlamlıq vəziyyəti açıqlanıb.

Day.Az xəbər verir ki, bu barədə TƏBİB-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, xəsarət alan 3 nəfərin (2 qadın, 1 kişi) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicəsi davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir. Hadisə baş verən ərazidən keçərkən xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilən 1 nəfər (qadın) isə ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, yanğın nəticəsində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 250 kvadratmetr olan evin birinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb.

Hadisə zamanı 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xilasedicilər tərəfindən 2010-cu il təvəllüdlü vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости