https://news.day.az/azerinews/1846228.html
Almaniyada silahlı insident BAŞ VERİB - İki nəfər ÖLÜB
Almaniyanın Baden-Vürttemberq əyalətinin Offenburq şəhərində silahlı insident baş verib. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, çoxmənzilli binalardan ibarət yaşayış sahəsində baş verən insident nəticəsində bir nəfər hadisə yerində həlak olub. Ağır xəsarət almış bir qadın isə xəstəxanada dünyasını dəyişib.
Almaniyada silahlı insident BAŞ VERİB - İki nəfər ÖLÜB
Almaniyanın Baden-Vürttemberq əyalətinin Offenburq şəhərində silahlı insident baş verib.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, çoxmənzilli binalardan ibarət yaşayış sahəsində baş verən insident nəticəsində bir nəfər hadisə yerində həlak olub. Ağır xəsarət almış bir qadın isə xəstəxanada dünyasını dəyişib.
Hadisə ilə əlaqədar şəhərdə genişmiqyaslı əməliyyat tədbirləri həyata keçirilir. Şahidlər ərazidə odlu silahdan açılan bir neçə atəş səsi eşitdiklərini bildiriblər. Polis hadisə yerində odlu silah aşkarlayaraq maddi sübut kimi götürüb.
Əməliyyat tədbirləri davam etdirilir.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре