ABŞ prezidenti 17 ildən sonra Türkiyəyə səfər edəcək

ABŞ Prezidenti Donald Tramp 17 ildən sonra Türkiyəyə səfər edəcək.

Day.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsində iştirak edəcək.

Səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşün keçirilməsi gözlənilir.

Danışıqlarda müdafiə sənayesində əməkdaşlıq, ticarət, enerji və regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağı bildirilir.

Zirvədə NATO üzvü ölkələrin liderləri ilə yanaşı, Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreyanın nümayəndələri də iştirak edəcəklər.

Tədbirin NATO-nun gələcək təhlükəsizlik gündəliyi və Türkiyənin alyans daxilindəki rolunun güclənməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanır.