Prezident İlham Əliyevin Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - FOTO - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki verir ki, dövlətimizin başçısı kənd sakini Əsəd Əsədovun evində oldu.
Prezident İlham Əliyevin səmimi söhbəti maraqla qarşılanıb.
Həmin dialoqu təqdim edirik:
Prezident İlham Əliyev: Salaməleyküm.
Sakinlər: Salam, xoş gəlmisiniz. Cənab Prezident, Allah-taala Sizi başımızın üstündən əskik etməsin.
Prezident İlham Əliyev: Necəsiniz, necə yaşayırsınız?
Sakin: Çox sağ olun, yaxşıyıq, Allah Sizdən razı olsun.
Qadın sakin: Allah köməyiniz olsun.
Prezident İlham Əliyev: Şükür Allaha.
Sakin: Sizin sayənizdə. Bəli, bəli, şükür Allaha.
Qadın sakin: Allah şəhidlərimizə rəhmət eləsin.
Prezident İlham Əliyev: Doğma Qarabağa qayıtmısınız.
Sakin: Əlbəttə, Sizin sayənizdə. Şəhidlərimizə Allah rəhmət eləsin, onların sayəsində, başda da Siz - Ali Baş Komandanımız olmaqla.
Prezident İlham Əliyev: Allah rəhmət eləsin. Ev şəraiti necədir?
Sakin: Çox gözəl, Sizin sayənizdə. Bəli, əlbəttə, yaxşıdır. Minnətdaram, hər bir şey yerindədir.
Prezident İlham Əliyev: İşğal dövründə harada məskunlaşmışdınız?
Sakin: Qaradağ rayonunun "Ümid" qəsəbəsində.
Prezident İlham Əliyev: "Ümid" qəsəbəsində?
Sakin: Bəli.
Prezident İlham Əliyev: 1990-cı illərin sonlarında "Ümid" qəsəbəsində. O vaxtdan elə orada qalırdınız?
Sakin: Allah Ulu Öndər Heydər Əliyevə rəhmət eləsin. Bəli, bəli, orada qalmışıq.
Prezident İlham Əliyev: Bir yerdə gəlmişdik.
Sakin: Bəli, elə o vaxtdan da orada qaldıq.
Prezident İlham Əliyev: Sən necəsən, qızım?
Sakin: Allah Sizdən razı olsun.
Prezident İlham Əliyev: Yaxşısan? Nə göyçək qızdır.
Qadın sakin: Sağ olun.
Sakin: Cənab Prezident, yenə deyirəm, bax, gördüyümüz bu mənzərənin hamısı Sizin sayənizdədir. Allah-taala Sizi var eləsin.
Prezident İlham Əliyev: Ədalət bərpa edildi.
Sakin: Bəli, əlbəttə, o da Sizin sayənizdə oldu. "Dəmir yumruq" haraya vursa, ora Azərbaycandır, bəli.
Prezident İlham Əliyev: Uzun illər işğal altında idi buralar.
Sakin: Bəli. Siz Azərbaycanın Zəfər tarixini yazdınız.
Qadın sakin: Allah köməyiniz olsun.
Sakin: Allah Sizdən razı olsun. Minnətdaram. Allah Sizi min budaq eləsin. Allah-taala Sizi bizim başımızın üstündən əskik etməsin.
Prezident İlham Əliyev: Görürsünüz, burada qız əl çalır. Qızım əl çal, əl çal.
Nümayəndə: Cənab Prezident, Əsəd kişi Vətən müharibəsinin iştirakçısı olub.
Sakin: Bəli, Sizin tərəfinizdən də iki medalla təltif olunmuşam.
Prezident İlham Əliyev: Hansı istiqamətlərdə? Bax, görürsən, anasının yanına qaçır. Gəl, şəkil çəkdirək, sonra gedərsən.
Qadın sakin: Əlbəttə.
Prezident İlham Əliyev: O biri qız haradadır?
Qadın sakin: Gülər, Gülər.
Prezident İlham Əliyev: Onunla ayrıca şəkil çəkdirərik. Deyəsən mənə öyrəşdi, hə? Hansı istiqamətdə?
Sakin: Cəbrayıl-Zəngilan istiqamətində. Güləbirddə minaya düşdük. Sizin tərəfinizdən iki medalla təltif edilmişəm.
Prezident İlham Əliyev: Könüllü getmişdiniz?
Sakin: Bəli, könüllü getmişdim.
Qadın sakin: Xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Sağ olun.
Qadın sakin: Allah köməyiniz olsun.
Nümayəndə: Bir, iki, üç otaq, bu da zal.
Prezident İlham Əliyev: Yemək otağı.
Sakin: Müəllim, medallarım siz tərəfdədir.
Nümayəndə: Dörd otaq, bir də mətbəx.
Prezident İlham Əliyev: Medalların buradadır.
Sakin: Laçın, Qubadlı. Bu da Vətən müharibəsi iştirakçısı. Allah Sizi var eləsin, çox sağ olun, minnətdarıq Sizə. Allah Sizdən razı olsun, Sizin qadanızı alım.
Nümayəndə: Bunun altında yardımçı tikililər də var, tam təsərrüfat imkanlı, böyük bir sahədir.
Prezident İlham Əliyev: Mənzərə də çox gözəldir.
Sakin: Çox gözəl.
Prezident İlham Əliyev: "Ümid" qəsəbəsində mənzərə belə deyildi.
Sakin: Xeyr.
Prezident İlham Əliyev: Torpaq idi, toz-torpaq.
Sakin: Cənab Prezident, bilirsiniz, orada torpaqdan da çox nəmişlik idi. Allah Sizdən razı olsun.
Prezident İlham Əliyev: Bura isə kurortdur. Buranın havası, suyu, təbiəti çox gözəldir.
Sakin: Sizin sayənizdə.
Prezident İlham Əliyev: Hələ səhər açılanda adam baxanda göz oxşayır.
Sakin: Meyvələr var, Allaha şükür, gilas ağacları var.
Prezident İlham Əliyev: Gilas, alma.
Sakin: Hər bir şey var.
Prezident İlham Əliyev: Bura sizindir?
Sakin: Bəli.
Prezident İlham Əliyev: Gəl buraya, gəl, hara qaçdın? Hara qaçdın, ay qız?
Sakin: Baba ilə şəkil çəkdir.
Prezident İlham Əliyev: Adı nədir?
Sakin: Gülər.
Prezident İlham Əliyev: Gülər, maşallah.
Qadın sakin: Maşallah günün olsun, qadanı alım.
Oğlan: Cənab Prezident, şəkil çəkdirmək olar Sizinlə?
Prezident İlham Əliyev: Gəlin çəkdirək. Bu, heyva ağacıdır?
Sakin: Bəli, heyva ağacıdır, armud ağacıdır.
Prezident İlham Əliyev: Siz də gəlin, hamı birlikdə. Burada nə ilə məşğul olacaqsınız?
Sakin: Artıq mən burada işləyirəm.
Qadın sakin: Babanı öp, sən də babanı öp. Çox sağ olun.
Nümayəndə: Əsəd, nə ilə məşğul olacaqsan?
Sakin: Hazırda işləyirəm, polad yolda işləyirəm. İnşallah, gələcəkdə əgər icazə olsa, burada özüm üçün bir az heyvan da saxlayaram.
Prezident İlham Əliyev: İcazə nədir? Məsləhətdir.
Sakin: Məsləhətdir.
Prezident İlham Əliyev: Mütləq.
Nümayəndə: Biz ferma təsərrüfatları üçün yerli camaata şərait yaratdıq, burada da həmçinin.
Sakin: Bəli, bəli.
Prezident İlham Əliyev: Qoyun, quzu, keçi. İndi burada bu qədər yem var mal-qara üçün. Heyvan saxlayın, quş saxlayın. Yəni bu torpaqdan istifadə edin. Su da var.
Sakin: Bostan əkəcəyəm. Cənab Prezident, bu şəraiti bizə yaratdığınız üçün çox sağ olun. Allah Sizdən həmişə razı olsun, həmişə var olasınız.
Prezident İlham Əliyev: Təbrik edirəm.
Sakin: Minnətdaram.
Prezident İlham Əliyev: Xoşbəxt olun.
Sakinlər: Siz sağ olun, sağ olun. Allah köməyiniz olsun, Allah balalarınızı saxlasın. Amin, sağ olun.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре