https://news.day.az/azerinews/1847838.html Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşüb - FOTO Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin direktorunun müşaviri Bora Bayraktar və Anadolu Agentliyinin vitse-prezidenti...

Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşüb - FOTO

Azərbaycanca, 14 июля 2026 10:43 (UTC +04:00) 417
Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin direktorunun müşaviri Bora Bayraktar və Anadolu Agentliyinin vitse-prezidenti, baş redaktoru Yusuf Özhanla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə qonaqlar Şuşa Qlobal Media Forumuna dəvətə və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini bildiriblər.

Hikmət Hacıyev Azərbaycan ilə Türkiyə arasında media sahəsində əməkdaşlıq platformasının əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə əməkdaşlığın müxtəlif aspektlərinə toxunub. Həmçinin Azərbaycanın və Türkiyənin dezinformasiyaya qarşı birgə mübarizəsi, süni intellekt texnologiyalarının media sahəsində tətbiqi, Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyətin əlaqələndirilməsi və birgə media layihələrinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

  • Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşüb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости