https://news.day.az/azerinews/1854132.html Günəş fırtınaları aviasiyaya təhlükə yaradır - Tədqiqat Güclü Günəş partlayışları sərnişinlər və heyət üçün radiasiya təsirini artırır, bort elektronikasında nasazlıqlara səbəb olur və beləliklə, mülki aviasiya üçün təhlükə yaradır. Surrey Universiteti Kosmik Mərkəzinin mütəxəssisləri belə qənaət hasil ediblər.

Günəş fırtınaları aviasiyaya təhlükə yaradır - Tədqiqat

Azərbaycanca, 15 августа 2026 15:06 (UTC +04:00) 135
Günəş fırtınaları aviasiyaya təhlükə yaradır

Güclü Günəş partlayışları sərnişinlər və heyət üçün radiasiya təsirini artırır, bort elektronikasında nasazlıqlara səbəb olur və beləliklə, mülki aviasiya üçün təhlükə yaradır. Surrey Universiteti Kosmik Mərkəzinin mütəxəssisləri belə qənaət hasil ediblər.

AZƏRTAC "Journal of Space Weather and Space Climate" jurnalında dərc olunmuş araşdırmanın nəticələrinə istinadla xəbər verir ki, 8-14 kilometr yüksəklikdə radiasiya səviyyəsi Yerin səthindən daha yüksəkdir və güclü Günəş fırtınaları zamanı onlar qısa müddətə təxminən 10 dəfə arta bilər.

Tədqiqatçılar, həmçinin aşkar ediblər ki, 1956-cı ildə Günəşdə baş verən ən güclü partlayış zamanı təyyarə sərnişinləri tək bir uçuşda tez-tez uçanların illik dozası ilə müqayisə edilə bilən radiasiyaya məruz qala bilərdilər.

Yüksək enerjiyə malik hissəciklər, həmçinin təyyarələrin elektron sistemlərində nasazlıqlara səbəb ola bilər. Surrey Kosmik Mərkəzinin baş elmi işçisi Fan Leinin sözlərinə görə, bort kompüterlərinin kosmik radiasiyaya qarşı həssaslığı səbəbindən "Airbus A320" ailəsinə məxsus təxminən 6 min təyyarənin bu yaxınlarda yerə endirilməsi kosmik hava şəraitinin artıq aviasiyaya təsir etdiyini göstərir.

Yer kürəsinin maqnitdən müdafiə qabiliyyətinin daha zəif olduğu Qütb bölgələrinə yaxın marşrutlar ən həssas hesab edilir. Alimlər aviaşirkətlərin ekstremal şəraitdə marşrutları dərhal tənzimləməsinə və ya uçuşları ləğv etməsinə imkan vermək üçün xüsusi atmosfer radiasiya şkalasından istifadə etməyi təklif edirlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости