Estoniyanın yeni prezidenti seçilib
Estoniya Riiqikoqunun (parlamentinin) deputatları gizli səsvermə yolu ilə hüquq kansleri Ülle Madizeni beş il müddətinə Baltikyanı respublikanın yeni prezidenti seçiblər.
Day.Az xəbər verir ki, səsvermənin gedişatı parlamentin mətbuat xidməti tərəfindən yayımlanıb.
Madizenin seçilməsinin lehinə 71 deputat səs verib, yeddi qanunverici isə onun namizədliyini dəstəkləməyib.
Qeyd edək ki, Estoniyada prezident ümumxalq səsverməsi ilə deyil, parlament tərəfindən seçilir. Namizədin prezident seçilməsi üçün Riiqikoqunun 101 deputatından ən azı 68-nin səsini qazanması tələb olunur. Bu baş verməzsə, növbəti mərhələdə parlament və yerli özünüidarəetmə nümayəndələrindən ibarət xüsusi seçki kollegiyası prezidenti seçir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре