Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - YENİLƏNİB - FOTO
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Kəlbəcərdə "İstisu" mineral sudoldurma zavodunda olublar.
Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunan müxbiri xəbər verir ki, diplomatlar zavodun fəaliyyəti və burada həyata keçirilən istehsal prosesinə baxış keçiriblər.
Nümayəndə heyətinə mineral suyun mənbədən götürülməsi, emalı və qablaşdırılması prosesi, eləcə də müəssisədə yaradılan istehsal imkanları barədə məlumat verilib.
---------
14:32
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü çərçivəsində Ağdərə və Kəlbəcər rayonlarındakı tarixi-memarlıq abidələrinə baxış keçirilib.
Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunan müxbiri xəbər verir ki, səfər proqramına uyğun olaraq, nümayəndə heyəti əvvəlcə Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər Monastır Kompleksində olub. Diplomatlara tarixi-memarlıq abidəsi, onun mədəni irsi və ərazidə görülən bərpa-quruculuq işləri barədə məlumat verilib.
Daha sonra diplomatik korpusun nümayəndələri Kəlbəcər rayonuna yola düşərək burada yerləşən Xudavəng Monastır Kompleksini ziyarət ediblər. Qonaqlara kompleksin tarixi, memarlıq xüsusiyyətləri və burada yerləşən dini abidələr barədə məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzurda səfərdədirlər.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.
Sentyabrın 11-də diplomatik korpusun nümayəndələri Xankəndi və Şuşa şəhərlərində olublar. Diplomatlar əvvəlcə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində aparılan işlərlə tanış olublar. Daha sonra Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzi ziyarət edilib. Diplomatik korpusun nümayəndələri "Zəfər" parkını ziyarət edib, Zəfər tağı qarşısında xatirə şəkil çəkdiriblər. Səfər çərçivəsində, həmçinin Qarabağ Universiteti ilə də tanışlıq olub.
Nümayəndə heyəti Şuşa şəhərində həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olub, Birinci yaşayış məhəlləsini, Yeni Şuşa məscidinin tikintisini, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Cıdır düzünü, Qarabağ küçəsini, "Sadıqcanın evi"ni, Aşağı Gövhər ağa məscidini, Şuşa mərkəzi meydanını, Şuşa Yaradıcılıq Mərkəzini və Üzeyir Hacıbəylinin ev muzeyini ziyarət edib.
Diplomatlar, həmçinin Şuşa Qala divarları önündə xatirə fotosu çəkdirib və Meksika Respublikasının Müstəqillik Günü şərəfinə keçirilən rəsmi qəbulda iştirak ediblər.
---------
10:01
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərin ikinci günündə Ağdərə və Kəlbəcərdə olacaqlar.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu gün nümayəndə heyəti Kəlbəcər və Ağdərə rayonlarına səfər edəcək.
Səfər çərçivəsində diplomatlar Ağdərə rayonunun Vəngli kəndində Gəncəsər Monastır Kompleksi ilə tanış olacaq, daha sonra "Yuxarı Vəng" SES-ə və Xudavəng Monastır Kompleksinə baxış keçirəcəklər.
Proqrama əsasən, nümayəndə heyəti Kəlbəcərdə "İstisu" mineral sudoldurma zavodunu ziyarət edəcək, həmçinin Zar kəndində aparılan yenidənqurma işləri ilə tanış olacaq.
Diplomatik korpusun nümayəndələrinin Kəlbəcər şəhərində keçirilən Bal festivalında iştirakı da nəzərdə tutulub.
Səfərin sonunda nümayəndə heyəti yeni inşa edilmiş Murovdağ tunelindən keçməklə Göygöl istiqamətində hərəkət edəcək, daha sonra Bakıya yola düşəcək.
Qeyd edək ki,Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzurda səfərdədirlər.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.
Sentyabrın 11-də diplomatik korpusun nümayəndələri Xankəndi və Şuşa şəhərlərində olublar. Diplomatik korpusun nümayəndələri əvvəlcə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində aparılan işlərlə tanış olublar. Daha sonra Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzi ziyarət edilib. Diplomatik korpusun nümayəndələri "Zəfər" parkını ziyarət edib, Zəfər tağı qarşısında xatirə şəkli çəkdiriblər. Səfər çərçivəsində, həmçinin Qarabağ Universiteti ilə də tanışlıq olub.
Nümayəndə heyəti Şuşa şəhərində həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olub, Birinci yaşayış məhəlləsini, Yeni Şuşa məscidinin tikintisini, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Cıdır düzünü, Qarabağ küçəsini, "Sadıqcanın evi"ni, Aşağı Gövhər ağa məscidini, Şuşa mərkəzi meydanını, Şuşa Yaradıcılıq Mərkəzini və Üzeyir Hacıbəylinin ev muzeyini ziyarət edib.
Diplomatlar, həmçinin Şuşa Qala divarları önündə xatirə fotosu çəkdirib və Meksika Respublikasının Müstəqillik Günü şərəfinə keçirilən rəsmi qəbulda iştirak ediblər.
Xəbər yenilənəcək
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре