https://news.day.az/azerinews/1868044.html Rusiyada hökumətin tərkibi dəyişir Rusiya hökumətində kadr dəyişiklikləri Nazirlər Kabinetinin fəaliyyətinin səmərəliliyini artırmaq və makroiqtisadi sabitliyi qorumaq məqsədi daşıyır. Day.Az xəbər verir ki, RBK-nin məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hökumətdə aparılan kadr dəyişikliklərini şərh edərkən bildirib.

Rusiyada hökumətin tərkibi dəyişir

Azərbaycanca, 19 октября 2026 14:44 (UTC +04:00) 254
Rusiyada hökumətin tərkibi dəyişir

Rusiya hökumətində kadr dəyişiklikləri Nazirlər Kabinetinin fəaliyyətinin səmərəliliyini artırmaq və makroiqtisadi sabitliyi qorumaq məqsədi daşıyır.

Day.Az xəbər verir ki, RBK-nin məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hökumətdə aparılan kadr dəyişikliklərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, hökumətdə rotasiya normal prosesdir və baş nazir Mixail Mişustin Nazirlər Kabinetinin səmərəli fəaliyyətini təmin etmək üçün zəruri hesab etdiyi dəyişiklikləri təşəbbüs edir.

Peskov maliyyə nazirliyinin rolunun artırılmasının hazırkı iqtisadi şəraitdə büdcə intizamının və makroiqtisadi sabitliyin qorunması baxımından əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Mişustin prezident Vladimir Putinə bir sıra kadr dəyişiklikləri təklif edib. Təkliflərə əsasən, maliyyə naziri Anton Siluanovun nazir vəzifəsini saxlamaqla yanaşı, baş nazirin müavini təyin edilməsi, bundan başqa Primorsk diyarının qubernatoru Oleq Koçemyakonun baş nazirin müavini vəzifəsinə namizədliyi daxildir. Putin təklifləri dəstəkləyib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости