https://news.day.az/azerinews/1868347.html Hava pisləşəcək, sel gözlənilir Oktyabrın 21-23-də Azərbaycanın bəzi bölgələrində yağış yağacağı, ayrı-ayrı ərazilərdə intensiv leysan, dolu və yüksək dağlıq ərazilərdə qar müşahidə olunacağı gözlənilir.

Hava pisləşəcək, sel gözlənilir

Azərbaycanca, 20 октября 2026 15:01 (UTC +04:00) 262
Hava pisləşəcək, sel gözlənilir

Oktyabrın 21-23-də Azərbaycanın bəzi bölgələrində yağış yağacağı, ayrı-ayrı ərazilərdə intensiv leysan, dolu və yüksək dağlıq ərazilərdə qar müşahidə olunacağı gözlənilir.

Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yağıntılarla əlaqədar Böyük Qafqazın və Naxçıvan Muxtar Respublikasının bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal edilir.

Məlumata görə, oktyabrın 21-də əsasən dağlıq və dağətəyi rayonlarda, oktyabrın 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacaq. Ayrı-ayrı ərazilərdə yağıntıların qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.

Oktyabrın 22-də bəzi ərazilərdə yağıntıların güclənəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.

Xidmətin məlumatında bildirilib ki, yağıntılar çaylarda sululuğun artmasına səbəb ola bilər. Bununla əlaqədar Böyük Qafqazın və Naxçıvan Muxtar Respublikasının bəzi çaylarında qısamüddətli daşqın və sel hadisələrinin baş verməsi ehtimalı var.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости