https://news.day.az/azerinews/1869762.html Dişlərə zərər verə biləcək iki qida Sıyıq və kartof kimi nişasta ilə zəngin qidalar düzgün ağız gigiyenasına əməl edilmədikdə diş sağlamlığına zərər verə bilər. Ağız boşluğunda nişastanın şəkərlərə parçalanması bakteriyaların çoxalmasına, turşu ifrazına və diş ərpinin yaranmasına səbəb olur.

Dişlərə zərər verə biləcək iki qida

Azərbaycanca, 27 октября 2026 06:51 (UTC +04:00) 285
Dişlərə zərər verə biləcək iki qida

Sıyıq və kartof kimi nişasta ilə zəngin qidalar düzgün ağız gigiyenasına əməl edilmədikdə diş sağlamlığına zərər verə bilər. Ağız boşluğunda nişastanın şəkərlərə parçalanması bakteriyaların çoxalmasına, turşu ifrazına və diş ərpinin yaranmasına səbəb olur.

Day.Az xəbər verir ki, diş ərpi vaxtında təmizlənmədikdə diş daşına çevrilə, diş ətində iltihab və qanama yarada bilər. Müalicə edilməyən iltihab isə periodontitə, dişlərin laxlamasına və hətta itirilməsinə gətirib çıxara bilər.

Stomatoloqlar bu qidalardan tamamilə imtina etməyi deyil, ağız gigiyenasına diqqət yetirməyi tövsiyə edirlər. Dişləri gündə iki dəfə flüorlu məcunla fırçalamaq, diş aralarını təmizləmək, yeməkdən sonra ağzı su ilə yaxalamaq və müntəzəm stomatoloji müayinədən keçmək vacibdir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости