https://news.day.az/azerinews/1870620.html Vaxtaşırı heç nə etməmək stresin azalmasına kömək edir - Psixoloq Rusiyalı psixoloq Larisa İsupova bildirib ki, vaxtaşırı heç nə etməmək insan sağlamlığı üçün faydalıdır. Day.Az xəbər verir ki, onun sözlərinə görə, şüurlu istirahət stresi azaltmağa və gündəlik gərginlikdən uzaqlaşmağa kömək edir.

Vaxtaşırı heç nə etməmək stresin azalmasına kömək edir - Psixoloq

Azərbaycanca, 30 октября 2026 03:41 (UTC +04:00) 332
Vaxtaşırı heç nə etməmək stresin azalmasına kömək edir

Rusiyalı psixoloq Larisa İsupova bildirib ki, vaxtaşırı heç nə etməmək insan sağlamlığı üçün faydalıdır.

Day.Az xəbər verir ki, onun sözlərinə görə, şüurlu istirahət stresi azaltmağa və gündəlik gərginlikdən uzaqlaşmağa kömək edir.

Mütəxəssis qeyd edib ki, insan dincəldiyi zaman beyin sakitləşir, bədən rahatlaşır və əhval-ruhiyyə yaxşılaşır. Lakin istirahət zamanı insan özünü heç nə etmədiyinə görə qınayırsa və narahatedici fikirlərdən uzaqlaşa bilmirsə, bu, əsəbiliyi artıra bilər.

Psixoloq belə hallarda diqqəti xoş fəaliyyətlərə yönəltməyi və xəyal qurmağa vaxt ayırmağı məsləhət görüb. Onun fikrincə, bu yanaşma rahatlamağa, daxili resursları bərpa etməyə və stresə qarşı dayanıqlılığı artırmağa kömək edə bilər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости