https://news.day.az/azerinews/1871452.html Gizlədilən 40 ton dizel aşkarlandı "Qırmızı körpü" dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycandan Gürcüstan istiqamətinə hərəkət edən iki "MAN" markalı yük avtomobilində sənədlərdə göstərilməyən dizel yanacağı, qəlyan tütünü və avtomobil ehtiyat hissələri aşkar edilib. Day.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Gizlədilən 40 ton dizel aşkarlandı

Azərbaycanca, 2 ноября 2026 16:04 (UTC +04:00) 216
Gizlədilən 40 ton dizel aşkarlandı

"Qırmızı körpü" dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycandan Gürcüstan istiqamətinə hərəkət edən iki "MAN" markalı yük avtomobilində sənədlərdə göstərilməyən dizel yanacağı, qəlyan tütünü və avtomobil ehtiyat hissələri aşkar edilib.

Day.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, nəqliyyat vasitələri sərhəd naryadı tərəfindən təkrar yoxlamaya cəlb olunub. Yük sənədlərində gips daşındığı göstərilsə də, yoxlama zamanı avtomobillərdə 240 ədəd (24 kiloqram) qəlyan tütünü, 1119 ədəd avtomobil ehtiyat hissəsi və 40 ton dizel yanacağı aşkarlanıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости