https://news.day.az/azerinews/1871615.html Hər ikisi İrəvanın meri olmaq istəyir Ermənistan Təhlükəsizlik Şurasının katibi, parlamentin keçmiş sədri Alen Simonyan hazırda partiyadaşı Tiqran Avinyanın tutduğu İrəvan meri postuna iddialıdır. Day.Az xəbər verir ki, "Joxovurd" qəzeti hakimiyyət dairələrindəki mənbələrinə istinadən yazır ki, Simonyan İrəvanın növbəti meri olmağı planlaşdırır.

Hər ikisi İrəvanın meri olmaq istəyir

Azərbaycanca, 3 ноября 2026 10:34 (UTC +04:00) 234
Hər ikisi İrəvanın meri olmaq istəyir

Ermənistan Təhlükəsizlik Şurasının katibi, parlamentin keçmiş sədri Alen Simonyan hazırda partiyadaşı Tiqran Avinyanın tutduğu İrəvan meri postuna iddialıdır.

Day.Az xəbər verir ki, "Joxovurd" qəzeti hakimiyyət dairələrindəki mənbələrinə istinadən yazır ki, Simonyan İrəvanın növbəti meri olmağı planlaşdırır.

Nəşrin məlumatına görə, Simonyan yaxın ətrafına növbəti merin məhz özü olacağını bildirib. Onun fikrincə, şəxsi reytinqi hazırkı mer Tiqran Avinyanın reytinqindən yüksəkdir. Simonyan namizədliyinin irəli sürülməsi məsələsində hakim "Vətəndaş Müqaviləsi" partiyasının idarə heyətinin dəstəyinə ümid edir.

Tiqran Avinyan isə mer vəzifəsini qoruyub saxlamaq niyyətindədir. Qəzetin yazdığına görə, hazırkı mer Simonyanın partiya daxilində namizədliyinin irəli sürülməsi üçün lazımi dəstəyi qazana bilməyəcəyinə əmindir.

Beləliklə, hakim partiya daxilində İrəvan merliyi uğrunda mümkün rəqabətin yaranacağı bildirilir. Hələlik tərəflərin namizədlikləri ilə bağlı rəsmi qərar açıqlanmayıb.

Xatırladaq ki, Tiqran Avinyan 2023-cü ilin oktyabrından İrəvan meridir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости