https://news.day.az/azerinews/1871822.html
Sabah Bakı–Qazax yolunda hərəkət məhdudlaşdırılacaq
Noyabrın 4-də saat 13:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində yerləşən Qobustan körpüsünün Bakı istiqamətindəki köməkçi hissəsinin sökülərək yenidən inşasına başlanılacaq.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, tikinti işləri ilə əlaqədar yolun qeyd olunan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.
Sürücülərdən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре