https://news.day.az/azerinews/1874374.html Kərə yağını kimlər yeməməlidir? Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, bəzi insanlar onun qəbuluna diqqət yetirməlidir. Day.Az xəbər verir ki, xüsusilə süd zülalına allergiyası olanlar kərə yağından uzaq durmalı və məhsulun tərkibini diqqətlə yoxlamalıdırlar. Çünki tərkibində qalan süd zülalları allergik reaksiyalara səbəb ola bilər.

Kərə yağını kimlər yeməməlidir?

Azərbaycanca, 15 ноября 2026 05:52 (UTC +04:00) 378
Kərə yağını kimlər yeməməlidir?

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, bəzi insanlar onun qəbuluna diqqət yetirməlidir.

Day.Az xəbər verir ki, xüsusilə süd zülalına allergiyası olanlar kərə yağından uzaq durmalı və məhsulun tərkibini diqqətlə yoxlamalıdırlar. Çünki tərkibində qalan süd zülalları allergik reaksiyalara səbəb ola bilər.

Yüksək xolesterini, ürək-damar xəstəlikləri olan, infarkt və ya insult keçirmiş şəxslər kərə yağının qəbulunu məhdudlaşdırmalıdırlar. Məhsulun tərkibindəki doymuş yağlar qanda LDL xolesterinin səviyyəsini artıra bilər. Mütəxəssislər kərə yağı əvəzinə zeytun və günəbaxan yağı, qoz-fındıq, toxumlar və balıq kimi doymamış yağ mənbələrinə üstünlük verməyi tövsiyə edirlər.

Kərə yağı yüksək kalorili olduğundan çəkisinə nəzarət edənlər də onun miqdarına diqqət yetirməlidirlər. 100 qram kərə yağı təxminən 700-750 kilokalori təşkil edir. Hər kəs üçün vahid gündəlik norma olmasa da, sağlam yetkin insanlar balanslı qidalanma çərçivəsində 5-10 qramlıq kiçik porsiyadan istifadə edə bilərlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости