https://news.day.az/azerinews/1874675.html
Geomaqnit qasırğası gözlənilir
17-18 noyabr tarixlərində Yer kürəsində G1 səviyyəli (zəif) geomaqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. Day.Az xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanasının kosmik hava şəraiti ilə bağlı proqnozunda qeyd olunub.
Geomaqnit qasırğası gözlənilir
17-18 noyabr tarixlərində Yer kürəsində G1 səviyyəli (zəif) geomaqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.
Day.Az xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanasının kosmik hava şəraiti ilə bağlı proqnozunda qeyd olunub.
Proqnoza əsasən, geomaqnit qasırğasına noyabrın 14-də qeydə alınmış Tac Kütlə Atılmaları və Tac Dəliyi Axınlarının təsiri səbəb olacaq.
Qeyd edək ki, hesabat dövründə, noyabrın 7-də də Tac Dəliyi Axınlarının təsiri ilə G1 səviyyəli geomaqnit qasırğası qeydə alınıb.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре