Bulvarın yeni bayram ənənəsi: bu il atəşfəşanlıq olacaq, amma...
Day.Az представляет новость на азербайджанском языке
Dekabrın 31-də gecə saat 12-də, il dəyişən zaman, Bakı Bulvarında atəşfəşanlıq olacaq.
Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Trend-ə bildirib ki, artıq bulvarda atəşfəşanlıq üçün lazım olan elementlər quraşdırılıb:
"Onlar estakadaların üzərində quraşdırılıb".
Hər il bulvar ərazisində Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən konsertin keçirildiyini deyən idarənin rəis müavini əlavə edib ki, dekabrın 31-də konsert proqramının keçirilməsi nəzərdə tutulmayıb.
N.Məcidov qeyd edib ki, Yeni il bayramı günlərində bulvar ərazisindəki obyektlər paytaxt sakinlərinə və şəhərin qonaqlarına bütün gün ərzində xidmət göstərəcək: "Dekabrın 31-də obyektlər müştəriləri məmnun etmək üçün gün ərzində işləyəcək. Sonrakı bayram günlərində isə tələbatdan asılı olaraq, iş vaxtlarını uzadacaq".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре