https://news.day.az/azerinews/920984.html Putin 2018-ci ildə prezident seçkilərinə qatılıb-qatılmayacağı barədə: "Fikirləşərəm"

Putin 2018-ci ildə prezident seçkilərinə qatılıb-qatılmayacağı barədə: "Fikirləşərəm"

Azərbaycanca, 4 августа 2017 11:05 (UTC +04:00) 1 246
Putin 2018-ci ildə prezident seçkilərinə qatılıb-qatılmayacağı barədə: "Fikirləşərəm"

Day.Az представляет новость на азербайджанском языке

Rusiya prezidenti Vladimir Putin bildirib ki, növbəti prezident seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyi barədə hələ düşünəcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusilya lideri Buryatiya və İrkutskda meşə yanğınlarının fəsadlarının aradan qaldırılmasına dair müşavirə zamanı videoyayıma qoşulan ölkə sakinlərindən birinin bununla bağlı xahişinə cavab olaraq bildirib.

Sakinin "Xahiş edirik, yenə prezident seçkilərinə qatılın" xahişinə V.Putin belə cavab verib:

"Yaxşı, fikirləşərəm bu barədə".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости