https://news.day.az/sport/597013.html Arda Turan yenə diqqət mərkəzində - YENİ QƏRAR

Arda Turan yenə diqqət mərkəzində - YENİ QƏRAR

Спорт, 15 июля 2015 11:20 (UTC +04:00) 2 051
Arda Turan yenə diqqət mərkəzində - YENİ QƏRAR

Day.Az представляет новость на азербайджанском языке:

Madrid "Atletiko"sundan "Barselona"ya transfer olunan türkiyəli ulduz Arda Turanın katalon klubunda qalacağı dəqiqləşib.

"Qafqazinfo" xəbər verir ki, buna səbəb klubun prezidentliyinə namizəd 4 nəfərin - Jozel Bartomeu, Xoan Laporta, Aqusti Benedito və Toni Freyşin bir araya gələrək Arda haqqında yekun qərar verməsi olub.
 

Belə ki, türkiyəli yarımmüdafiəçi "Barselona"ya transfer olunan zaman onun müqaviləsinə "iyulun 18-də seçilən yeni prezident istəsə, Arda iyulun 20-nə qədər 10 faiz ucuz qiymətə geri qaytarıla bilər" bəndi salınmışdı. Lakin prezidentliyə 4 namizəd bu məsələdə seçkilərdən öncə ortaq razılığa gələrək futbolçunun katalon təmsilçisinin heyətində birdəfəlik qalacağını rəsmiləşdirib.
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости