Xərçəngdən əziyyət çəkən aktyor tamaşaçılarla vidalaşdı

Tanınmış britaniyalı aktyor Maykl Sleqqs xərçəng xəstəliyindən öləcəyini bildirib.
Day.Az "Fox News"-a istinadla xəbər verir ki, 33 yaşlı aktyor Facebook səhifəsində emosional vida məktubu yazıb.

Onun sözlərinə görə, sağlamlığı hər keçən gün sürətlə pisləşir və beləliklə o, ömrünün son günlərini yaşayır.

Aktyor son nəfəsinədək ailəsinin yanında qalmağı qərarlaşdırıb.

Qeyd edək ki, məşhur "This Country" serialında çəkilən aktyorun sağlamlığında problem 2018-ci ildə üzə çıxmışdı. Ona ürək xərçəngi diaqnozu qoyulmuşdu.(anews.az)

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.