Yeni Türk Əsri başlayır
Müəllif: Asif Mehman
Ötən bazar günü keçirilən seçkilərdə qardaş Türkiyə xalqı öz seçimini etdi. Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,14 səslə qalib gəldi. Bir çox beynəlxalq siyasi mərkəzlər, siyasi şərhçilər bu seçkinin ən çətin sınaqlardan biri olduğunu bildirdilər.
Türkiyənin qlobal güc olmasını nəzərə aldığımız zaman bu seçkilərin ciddi geosiyasi nəticələrinin də olacağı məlumdur. Ərdoğan Kılıçdaroğluna ilk dəfə deyildi qalib gəlirdi. Bu, sayca 16-cı qələbədir. Bu qələbə eyni zamanda türk dünyasının qələbəsi də hesab etmək olar, çünki Ərdoğanın rəhbərliyi ilə məhz Türkiyə türk dövlətləri arasında iqtisadi əlaqələrin inkişafında, siyasi münasibətlərin qurulması və inkişaf etdirilməsində başlıca rol oynayır.
Day.Az xəbər verir ki, Ərdoğanın tarixi qələbəsini Trend-ə şərh edən Milli Məclisin deputatı Sevinc Hüseynova qeyd edib ki, Türkiyə xalqı çox doğru seçim edərək yenidən Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsinə səs verdi və bununla da Türkiyənin gələcəyini etibarlı zəmanət altına almış oldu.
Həmçinin oxuyun: Türkiyədə seçkilər bitdi: yeni, türk əsrinə başlayırıq
"Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti illərində Türkiyədə çox mühüm islahatlar həyata keçirilib. Qardaş Türkiyənin düzgün şəkildə apardığı iqtisadi siyasət hər bir sahədə sürətli şəkildə inkişafa imkan yaradıb. Məhz bu uğurlara görə qardaş Türkiyə xalqı yenidən Rəcəb Tayyib Ərdoğanı prezident seçdi. Hesab edirəm ki, Türkiyə bundan sonra daha böyük uğurlara imza atacaq", - deyə deputat bildirib.
Prezident Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən lider oldu. Bu hadisə Türkiyə mediasında da geniş işıqlandırıldı. Bütün sahələrdə olduğu kimi, bu qələbədə də qardaş türk xalqının və onun liderini ilk təbrik edən də Azərbaycan oldu. Qələbənin gecəsi Türkiyədə olduğu kimi azərbaycanlılar da küçərələr çıxaraq qələbə yürüşləri etdilər.
Ərdoğanın qələbəsi Azərbaycan-Türkiyə münasibətlərində yeni dövrün başlanğıcıdır
Milli Məclisin deputatı Afət Həsənova Trend-ə açıqlamasında bildirib ki, Türkiyə ilə Azərbaycan arasında tarixi dostluq və qardaşlıq, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan əlaqələrin möhkəmləndirilməsi üçün daim Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən çoxşaxəli tədbirlər həyata keçirilib.
"44 günlük Vətən müharibəsi və Azərbaycanın tarixi Zəfəri Türkiyə və Azərbaycan arasında münasibətləri tamamilə yeni müstəviyə çıxardı. İki ölkə arsında imzalanan Şuşa bəyannaməsi qardaş ölkələr arasında yeni dövrün başlanğıcını qoydu. Bu bəyannamə bütün sahələrdə münasibətlərin yeni zirvəyə çıxması üçün geniş imkanlar açır.
Həmçinin oxuyun: Sinan Oğanın Ərdoğanı təbrik anı - VİDEO
Hesab edirəm ki, Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qələbəsi iki qardaş ölkə arasında münasibətlərin daha da möhkəmlənməsində yeni bir dövrün başlanğıcıdır. Rəcəb Tayyib Ərdoğanın ötən gün qələbəsi ilə bağlı xalqa müraciətində "Azərbaycan qazandı, Qarabağ qazandı" söyləməsi də qardaşlıq münasibətlərinin bundan sonra daha da möhkəmlənəcəyindən xəbər verir", - deyə deputat əlavə edib.
Bu seçkilər Türkiyəni parçalamağa çalışan və onu bataqlığa çəkməyə cəhd edən dairələrə də ciddi mesaj oldu. Türk xalqı bir olduğunu və Ərdoğanı dəstəklədiyini bütün dünyada bəyan etmiş oldu.
Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, Türk xalqı xoşbəxt və parlaq gələcəyə səs verdi. Türkiyə bütün dünyaya növbəti dəfə demokratiya dərsi keçdi.
"Türkiyəni İraqa və Suriyaya çevirmək istəyənlərin arzusu ürəyində qaldı. Türkiyə daha da güclənəcək, daha da inkişaf edəcək. Gözün aydın olsun Türkiyəm!", - deyə deputat əlavə edib.
Həmçinin oxuyun: Türkiyə liderinin ən çox sevdiyi mahnı bu imiş - VİDEO
O qeyd edib ki, bu seçkini Türkiyə qədər Azərbaycanda həyəcanla izləyirdi.
"Bu seçkidə təkcə Türkiyə deyil, Azərbaycan da qazandı. Bu gündən sonra əlaqələrimiz hər iki ölkə liderinin güclü səyləri nəticəsində daha da inkişaf edəcək. Biz qələbəyə inanırdıq! Yaşasın Azərbaycan Türkiyə dostluğu və qardaşlığı! Dostluğumuz və qardaşlığımız əbədi və sarsılmazdır!", - deyə deputat əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре