https://news.day.az/azerinews/1725504.html İranın Astara dəmiryol sərhəd terminalında yükdaşımanın artacağı gözlənilir Gələn 2-3 il ərzində İranın şimalında yerləşən Gilan vilayətinin Astara rayonunda dəmiryol sərhəd terminalında yükdaşımanın ildə 3 milyon tona yüksələcəyi gözlənilir. Day.Az-ın məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini və Dəmir Yollarının rəhbəri Cabbarəli Zakeri yerli mediaya açıqlamasında deyib.

İranın Astara dəmiryol sərhəd terminalında yükdaşımanın artacağı gözlənilir

Azərbaycanca, 26 января 2025 11:56 (UTC +04:00) 904
İranın Astara dəmiryol sərhəd terminalında yükdaşımanın artacağı gözlənilir

Gələn 2-3 il ərzində İranın şimalında yerləşən Gilan vilayətinin Astara rayonunda dəmiryol sərhəd terminalında yükdaşımanın ildə 3 milyon tona yüksələcəyi gözlənilir.

Day.Az-ın məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini və Dəmir Yollarının rəhbəri Cabbarəli Zakeri yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfi (ADY) Astara dəmiryol sərhəd terminalında yükdaşımanı ildə 1 milyon tona yüksəldib.

 

Zakeri qeyd edib ki, hazırda İran və Rusiya arasında dəmiryol əlaqəsi Azərbaycan vasitəsi ilə qurulub. Azərbaycan tərəfi son illərdə dəmiryolu xətlərinin keyfiyyətini yüksəldib.

Qeyd edək ki, 23 yanvarda Tehranda "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov və İranın Dəmir Yollarının rəhbəri Cabbarəli Zakeri Azərbaycan-İran Hökumətlərarası Birgə Komissiyasının növbəti iclası çərçivəsində İranın Astara şəhərində yerləşən yük terminalının fəaliyyətinin genişləndirilməsi və terminalda aparılan işləri müzakirə ediblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости