İnsan Metapnevmovirusundan necə qorunmalı? (R)
İnsan Metapnevmovirusundan necə qorunmalı?
Son zamanlar daha çox yayılmış İnsan Metapnevmovirusu (HMPV) hər yaşda olan insanlarda, immun sistemi zəif olanlarda, xüsusən, 5 yaşadək uşaqlarda və 65 yaşdan yuxarı yaşlılarda, yuxarı və aşağı tənəffüs yollarının xəstəliklərinə səbəb ola bilər. İnsan metapnevmovirusunın yayılması, adətən, qışda başlayır və yaza qədər və ya yaz boyu davam edir. Xəstəliyin inkubasion dövrü, yəni xəstə ilə təmasdan sonra xəstələnməyədək olan vaxt - 3-6 gündür. Bəs xəstəlik necə yayılır?
- öskürərkən və asqırarkən,
- toxunmaq və ya əl sıxmaq kimi yaxın şəxsi təmas zamanı,
- üzərində viruslar olan əşyalara və və ya səthlərə toxunduqdan və sonra əllər ilə ağıza, buruna və ya gözlərinizə toxunmaqla,
Bəs, xəstələnməmək üçün nə etmək lazımdır? Tez-tez əllərinizi ən azı 20 saniyə ərzində sabun və su ilə yumaq. Yuyulmamış əllərlə gözlərinizə, burnunuza və ya ağzınıza toxunmamalı. Xəstə insanlarla yaxın təmasdan çəkinmək lazımdır. Soyuqdəyməyə bənzər simptomları olan xəstələr isə: öskürərkən və asqırarkən ağız və burunlarını tutmalı, əllərini tez-tez və düzgün yumalıdırlar (ən azı 20 saniyə sabun və su ilə) stəkan və digər yemək ləvazimatlarını başqa şəxslələ bölüşməməli, başqaları ilə öpüşməkdən çəkinməli, xəstə halda evdə qalmalıdırlar.
Əlavə olaraq, potensial çirklənmiş səthlərin (qapı tutacaqları və paylaşılan oyuncaqlar kimi) təmizlənməsi kimi işlər insan pnevmovirusunun yayılmasının dayandırılmasına kömək edə bilər.
HMPV - İnsan Pnevmovirusunun simptomları hansılardır? - öskürək, burun tutulması, zökəm, yüksək temperatur, boğaz ağrısı, ürəkbulanma, qusma, ishal.
Xəstəlik zamanı görülən tədbirlər: Antibiotiklər viruslara təsir göstərmir və ancaq ağırlaşmalar olduğu halda qəbul edilə bilər ki, bunlar da həkim tərəfindən təyin edilməlidir. Simptomların aradan qaldırılması üçün uyğun təsisrə malik reseptsiz satılan və təhlükəsiz dərmanları qəbul etmək olar. Bəzi hallarda, burun tutulmasının nəticəsi olaraq, orta qualaq itihabı kimi ağırlaşmalara rast gəlinir. (çünki, orta qulaq ilə burun boşluğu bir-biri ilə Yevstax borusu ilə əlaqəlidir). Burun tutulan zaman orta qulağın havalanması pozulur, burada yaranan mənfi təzyiq orta qulaq qan damarlarından qanın maye hissəsinin orta qulağa toplanmasına və təbil pərdəsinə təzyiq göstərməsinə səbəb olur. Nəticədə qulaqda kəskin ağrı yaranır. Belə hallarda, dərhal, həm iltihabəleyhinə, həm də ağrıkəsici təsirə malik, OTİPAKS qulaq damcısından: - 4 damcıdan gündə 2-3 dəfə istifadə etmək lazımdır. Bu, qulaq ağrısının 5 dəqiqəyə azalmasına, qulaq tərəfindən ağırlaşmaların və təbil pərdəsinin deşilməsinin qarşısını alır. Xəstəliyin simptomları qızdırma 5 günə normaya düşməzsə, və ya nəfəs almaqda çətinlik varsa, ya başqa ciddi xəstəliyin əlamətləri varsa, mütləq həkimə müraciət etmək lazımdır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре