Qumar oyunlarının təşkili və ya keçirilməsi qaydalarında dəyişiklik edilir

Qumar oyunlarının təşkili və ya keçirilməsi qaydalarında dəyişiklik edilir.

Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə olunan Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, qumar oyunlarının təşkili və ya keçirilməsi ilə bağlı hər iki məcəllənin müddəaları "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Qanunla müəyyən edilmiş qaydada təşkil edilən və keçirilən kazino oyunlarına şamil edilməyəcək.