https://news.day.az/azerinews/1806670.html 2026-cı ildə ölkə üzrə yaşayış minimumu 5,3 %-dək artırılıb 2026-cı il üçün əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği müəyyənləşdirilib. Day.Az-ın məlumatına görə, bu məsələ bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" Qanunda öz əksini tapıb.

2026-cı ildə ölkə üzrə yaşayış minimumu 5,3 %-dək artırılıb

Azərbaycanca, 1 января 2026 12:01 (UTC +04:00) 461
2026-cı ildə ölkə üzrə yaşayış minimumu 5,3 %-dək artırılıb

2026-cı il üçün əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği müəyyənləşdirilib.

Day.Az-ın məlumatına görə, bu məsələ bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" Qanunda öz əksini tapıb.

Qanuna əsasən, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilib.

Məlumat üçün bildirək ki, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.

Bu o deməkdir ki, 2026-cı il üçün ölkə üzrə yaşayış minimumu 15 manat, yəni təxminən 5,26 % artırılıb.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости