İctimai TV-də direktor seçkisi ilə bağlı telekanal rəsmisindən AÇIQLAMA
Aprelin 24-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Yayım şurasının növbəti iclası keçirilib.
Day.Az xəbər verir ki, bu barədə Trend-ə Yayım şurasının üzvü Azər Həsrət məlumat verib.
O bildirib ki, iclasda ümumi gündəlikdə olan mövzular müzakirə edilib, maliyyə məsələlərinə baxılıb, 2025-ci ilin hesabatı qəbul edilib.
"Baş direktorun seçkisi ilə bağlı müzakirə aparılmadı. Çünki hələ ki vakansiya elanı verilib, mayın 8-dək namizədliklər irəli sürüləcək. Bundan sonrakı iclasların birində, təxminən mayın sonunda baş direktor seçkisi baş tutacaq", - deyə o vurğulayıb.
Xatırladaq ki, aprelin 23-də Audiovizual Şura İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq bu vəzifəyə seçilmək üçün namizədlərin sənəd qəbulunu elan edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре