https://news.day.az/azerinews/1833473.html
Prezident İlham Əliyev Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub - FOTO - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Zəngilan şəhərində "Zangilan City Park Hotel"in təməlini qoyub. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, "PMD Group" MMC-nin layihə rəhbəri Kamil Əliyev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi. Bildirildi ki, hotelin ərazisi 1,5 hektar olacaq.
Prezident İlham Əliyev Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub - FOTO - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Zəngilan şəhərində "Zangilan City Park Hotel"in təməlini qoyub.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, "PMD Group" MMC-nin layihə rəhbəri Kamil Əliyev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi.
Bildirildi ki, hotelin ərazisi 1,5 hektar olacaq. Burada eyni zamanda 241 nəfər qala biləcək. Hoteldə ümumi 116 nömrə olacaq. Burada restoran, çoxfunksiyalı iclas otaqları, idman zalı və açıq terras yaradılacaq. Yeni hoteldə ümumilikdə 120 nəfər işlə təmin ediləcək.
Dövlətimizin başçısı yeni hotelin təməlini qoydu.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре