https://news.day.az/azerinews/1843498.html DİM abituriyentlərin apellyasiya müraciətlərinin ödənişli olmasını istəyir Apellyasiya müraciətlərinin ödənişli olmasını istərdik. Day.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Baku TV" televiziya kanalına birgə müsahibəsində bildirib.

DİM abituriyentlərin apellyasiya müraciətlərinin ödənişli olmasını istəyir

Azərbaycanca, 23 июня 2026 14:25 (UTC +04:00) 296
DİM abituriyentlərin apellyasiya müraciətlərinin ödənişli olmasını istəyir

Apellyasiya müraciətlərinin ödənişli olmasını istərdik.

Day.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Baku TV" televiziya kanalına birgə müsahibəsində bildirib.

Onun sözlərinə görə, əsassız apellyasiya müraciətləri kifayət qədər böyük resurslara başa gəlir:

"Biz çox istərdik ki, apellyasiya prosesi ödənişli olsun. Hələ ki, qaydalar buna imkan vermir. Qeyd etmişdim ki, bu proses bizdə kifayət qədər resurs aparır. Heç olmasa əsassız apellyasiya hallarının ödənişli olmasını istərdik. İnsanlar başa düşməlidir ki, yüz minlərlə iş yoxlanılır. Bunların hamısına sistemdə baxılır. Ona görə də, apellyasiya prosesinin ödənişli olmasını istərdik".

Qeyd edək ki, müsahibə 23 iyun 20:45-də Trend Beynəlxalq İnformasiya Agentliyində və "Baku TV" televiziya kanalında yayımlanacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости