Azərbaycan vasitəsilə Ermənistana 30 vaqon propan göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Day.Az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatına görə, 30 vaqondan ibarət, çəkisi 1026 ton olan propan Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

XXX
14:15

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

Day.Az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatına görə, 30 vaqondan ibarət, çəkisi 1026 ton olan propan Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Xəbər yenilənəcək