https://news.day.az/azerinews/1846359.html 3 tondan çox istehlaka yararsız ət aşkarlanıb - FOTO - VİDEO Masallıda 3 tondan çox istehlaka yararsız ət aşkarlanıb. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Mətbuat xidməti məlumat yayıb.

3 tondan çox istehlaka yararsız ət aşkarlanıb - FOTO - VİDEO

Azərbaycanca, 6 июля 2026 20:49 (UTC +04:00) 346
3 tondan çox istehlaka yararsız ət aşkarlanıb

Masallıda 3 tondan çox istehlaka yararsız ət aşkarlanıb.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Masallı rayonu, Kürdəbaz kəndində yerləşən fiziki şəxs Qardaşov Mahir Bəbir oğluna məxsus soyuducu anbarda reyd keçirilib.

Yoxlama zamanı ümumi çəkisi 3050 kq olan və korlanma əlamətləri müşahidə edilən ətlər aşkar olunub. Məhsulların dövriyyəsinin qarşısı dərhal alınıb, onlardan nümunələr götürülərək laborator müayinələrə göndərilib. Laborator sınaqların nəticələrinə əsasən, sözügedən ətlərin insan istehlakı üçün yararsız olduğu təsdiqlənib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür, istehlaka yararsız ətlərin məhv edilməsi istiqamətində işlər davam etdirilir.

  • 3 tondan çox istehlaka yararsız ət aşkarlanıb
  • 3 tondan çox istehlaka yararsız ət aşkarlanıb
  • 3 tondan çox istehlaka yararsız ət aşkarlanıb
  • 3 tondan çox istehlaka yararsız ət aşkarlanıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости