Suda boğulan şəxsə ilk yardım qaydaları açıqlanıb
Mütəxəssislər bildirirlər ki, suda boğulan şəxsə yardım göstərərkən ilk növbədə öz təhlükəsizliyini qorumaq vacibdir.
Day.Az xəbər verir ki, xilasedici Dmitri Mikryukovun sözlərinə görə, boğulan insan panika vəziyyətində xilasedicidən yapışaraq onu da təhlükəyə ata bilər.
Buna görə də yardım mümkün qədər xilasedici vasitələr və ya əlaltı əşyalar vasitəsilə göstərilməlidir.
Ekspert qeyd edib ki, zərərçəkən sahilə çıxarıldıqdan sonra nəfəs alır, lakin huşsuzdursa, onu yanı üstə çevirmək və təcili yardım gələnədək vəziyyətini izləmək lazımdır. Əgər nəfəs və huş yoxdursa, dərhal ürək-ağciyər reanimasiyasına başlanmalıdır.
Mikryukov vurğulayıb ki, boğulan şəxsin tənəffüs yollarından suyu çıxarmağa çalışaraq vaxt itirmək düzgün deyil. Onun sözlərinə görə, əsas prioritet reanimasiya tədbirlərinin vaxtında həyata keçirilməsidir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре