https://news.day.az/azerinews/1847837.html Bakı-Şamaxı yolunda təhlükəli vəziyyət yarandı: AAYDA-dan AÇIQLAMA Bakı-Şamaxı avtomobil yolunun Bakı istiqamətində yerləşən hissələrindən birində asfalt örtüyündə çökmə baş verib. Day.Az xəbər verir ki, sürücülərin sözlərinə görə, hadisə Cəngi kəndi yaxınlığında qeydə alınıb. Bildirilir ki, yolun çökməsi sürücülər üçün həm hərəkətdə çətinlik yaradır, həm də təhlükə riski formalaşdırır.

Bakı-Şamaxı yolunda təhlükəli vəziyyət yarandı: AAYDA-dan AÇIQLAMA

Azərbaycanca, 14 июля 2026 10:48 (UTC +04:00) 304
Bakı-Şamaxı yolunda təhlükəli vəziyyət yarandı: AAYDA-dan

Bakı-Şamaxı avtomobil yolunun Bakı istiqamətində yerləşən hissələrindən birində asfalt örtüyündə çökmə baş verib. 

Day.Az xəbər verir ki, sürücülərin sözlərinə görə, hadisə Cəngi kəndi yaxınlığında qeydə alınıb. Bildirilir ki, yolun çökməsi sürücülər üçün həm hərəkətdə çətinlik yaradır, həm də təhlükə riski formalaşdırır. Vətəndaşlar məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verdiklərini qeyd ediblər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli açıqlamasında bildirib ki, hadisə barədə məlumat daxil olan kimi əraziyə texnika və müvafiq əməkdaşlar göndərilib.

Onun sözlərinə görə, təhlükəsizliyi təmin etmək məqsədilə zədələnmiş hissədə təmir-bərpa işləri görülüb və nəqliyyatın hərəkəti qısa müddət ərzində təhlükəsiz şəkildə bərpa olunub. Hazırda isə yolun çökməsinə səbəb olan amillər araşdırılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости