https://news.day.az/azerinews/1852021.html İsveçrə təmiz enerji sahəsində Azərbaycanla əməkdaşlıq üçün böyük potensial görür - İqnasio Kassis İsveçrə təmiz enerjiyə keçid siyasətini sürətlə davam etdirir və bu sahədə Azərbaycanla, eləcə də Mərkəzi Asiya regionu ilə əməkdaşlıq üçün böyük potensial görür.

İsveçrə təmiz enerji sahəsində Azərbaycanla əməkdaşlıq üçün böyük potensial görür - İqnasio Kassis

Azərbaycanca, 4 августа 2026 13:42 (UTC +04:00) 141
İsveçrə təmiz enerji sahəsində Azərbaycanla əməkdaşlıq üçün böyük potensial görür

İsveçrə təmiz enerjiyə keçid siyasətini sürətlə davam etdirir və bu sahədə Azərbaycanla, eləcə də Mərkəzi Asiya regionu ilə əməkdaşlıq üçün böyük potensial görür.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu fikirləri İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla bu gün Bakıda keçirilən birgə brifinqdən sonra jurnalistlərin sualını cavablandırarkən deyib.

İ.Kassis bildirib ki, SOCAR İsveçrədə tanınmış şirkətdir və ölkədə geniş yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir.

"SOCAR İsveçrədə yaxşı tanınır. Mən özüm də avtomobil idarə edərkən bəzən SOCAR yanacaqdoldurma məntəqələrindən istifadə edirəm", - deyə o bildirib.

Nazir qeyd edib ki, İsveçrə hazırda karbohidrogenlərdən və qalıq yanacaqlardan asılılığı azaltmaq, təmiz enerji mənbələrinə keçidi sürətləndirmək istiqamətində genişmiqyaslı siyasət həyata keçirir.

Onun sözlərinə görə, dövlət külək, günəş və digər bərpa olunan enerji mənbələrinin inkişafını təşviq etmək üçün müxtəlif stimullaşdırıcı mexanizmlər tətbiq edir.

 

"İsveçrədə fərdi ev təsərrüfatlarının təxminən üçdə biri artıq günəş panelləri vasitəsilə elektrik enerjisi istehsal edir. Yay aylarında istehsal olunan enerji bəzən ölkənin elektrik şəbəkəsinin qəbul edə biləcəyindən də çox olur", - deyə İ.Kassis vurğulayıb.

Nazir bildirib ki, İsveçrə fotovoltaik texnologiyalar və digər təmiz enerji həlləri sahəsində güclü sənaye potensialına malikdir.

"Bu potensial Azərbaycan və Mərkəzi Asiya regionunda da yeni investisiyalar üçün imkan yarada bilər", - deyə o qeyd edib.

İ.Kassis vurğulayıb ki, İsveçrə COP çərçivəsində və BMT-nin 2030 Gündəliyinə uyğun olaraq qalıq yanacaqlardan təmiz enerjiyə keçidi dəstəkləyir.

"Gələcəyin qalıq yanacaqlara deyil, təmiz enerjiyə məxsus olduğuna inanırıq. Bu keçid qarşıdakı onilliklərdə mümkün qədər tez baş verməlidir və biz bu prosesə maksimum töhfə verməyə hazırıq", - deyə İ.Kassis əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости