https://news.day.az/azerinews/1854254.html İsveçrədə fayton qəzası 1 nəfərin həyatına son qoyub, 12 nəfər yaralanıb İsveçrənin şərqində meşəlik ərazidə ekskursiya zamanı faytonun ağaca çırpılması bir nəfərin ölümünə, 12 nəfərin isə yaralanmasına səbəb olub. Polisin məlumatına görə, təxminən 40 nəfərlik qrup İtaliya sərhədi yaxınlığında, Qraubünden kantonunda yerləşən Rozeq vadisində ekskursiyada iştirak edirdi.

İsveçrədə fayton qəzası 1 nəfərin həyatına son qoyub, 12 nəfər yaralanıb

Azərbaycanca, 16 августа 2026 14:54 (UTC +04:00) 178
İsveçrədə fayton qəzası 1 nəfərin həyatına son qoyub, 12 nəfər yaralanıb

İsveçrənin şərqində meşəlik ərazidə ekskursiya zamanı faytonun ağaca çırpılması bir nəfərin ölümünə, 12 nəfərin isə yaralanmasına səbəb olub.

Polisin məlumatına görə, təxminən 40 nəfərlik qrup İtaliya sərhədi yaxınlığında, Qraubünden kantonunda yerləşən Rozeq vadisində ekskursiyada iştirak edirdi.

İştirakçılar iki at arabasına bölünmüşdülər. Qəzaya düşən karvan ön faytondan və sərnişinlər üçün nəzərdə tutulmuş iki qoşqudan ibarət olub.

Polisin açıqlamasında bildirilir ki, enişli hissədə faytonçu əyləc gücünün kifayət etmədiyini görərək üç at qoşulmuş faytonu sürəti azaltmaq üçün daha düz əraziyə yönəltməyə çalışıb.

Manevrin əvvəlində atlardan biri yıxılıb, bundan sonra faytonçu nəqliyyat vasitəsinə nəzarəti itirib. Fayton güclü şəkildə ağaca çırpılıb və bəzi sərnişinlər nəqliyyat vasitəsindən kənara atılıb.

 

Qəza nəticəsində 12 sərnişin yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Polis bildirib ki, 73 yaşlı qadın hadisə yerində həyatını itirib.

Hüquq-mühafizə orqanları zərərçəkənlərin hamısının İsveçrədə yaşadığını qeyd etsə də, onların vətəndaşlığı barədə məlumat verməyib.

Yaralılar üç helikopter və dörd təcili yardım avtomobili ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Qəzanın başvermə şəraitini və səbəblərini müəyyənləşdirmək üçün araşdırma başlanılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости