https://news.day.az/azerinews/1856124.html 10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesinə başlanılır 10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesinə başlanılır. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Bildirilib ki, 27 avqust saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə X siniflər üçün şagird yerdəyişməsi prosesinə başlanılacaq.

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesinə başlanılır

Azərbaycanca, 26 августа 2026 15:04 (UTC +04:00) 137
10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesinə başlanılır

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesinə başlanılır.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, 27 avqust saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə X siniflər üçün şagird yerdəyişməsi prosesinə başlanılacaq. Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir. Qeyd edək ki, 20 avqust saat 15:00-dan etibarən başlayan 2026-2027-ci tədris ili üzrə 2-9-cu və 11-ci sinif şagirdlərini əhatə edən elektron yerdəyişmə prosesi davam edir.

Qeyd olunub ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости