https://news.day.az/azerinews/1856759.html Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib - FOTO Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 30 avqust Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib. O, bununla bağlı "X" sosial şəbəkəsindəki hesabında yazıb:

Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanca, 30 августа 2026 13:25 (UTC +04:00) 194
Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 30 avqust Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib.

O, bununla bağlı "X" sosial şəbəkəsindəki hesabında yazıb:

"Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi dərin humanitar və milli əhəmiyyət daşıyan məsələ olaraq qalır. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 4 010 Azərbaycan vətəndaşı hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır.

Bu məsələ Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısının müəyyən etdiyi vəzifələrə uyğun olaraq, Dövlət Komissiyası itkin düşmüş Azərbaycan vətəndaşlarının yerinin müəyyən edilməsi, qalıqlarının tapılması və identifikasiyası, habelə onilliklər ərzində qeyri-müəyyənlik içində yaşayan ailələrinə qaytarılması istiqamətində sistemli fəaliyyətini davam etdirir.

Şahid ifadələri yoxlanılır, ehtimal olunan dəfn yerləri araşdırılır, kütləvi məzarlıqlarda qazıntı işləri aparılır, aşkar edilmiş insan qalıqları məhkəmə-tibbi və DNT analizləri vasitəsilə tədqiq edilir. Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib və 328 itkin şəxsin kimliyi DNT analizi vasitəsilə müəyyənləşdirilib.

Bu baxımdan, Ermənistan tərəfindən itkin düşmüş azərbaycanlıların taleyi, o cümlədən onların dəfn olunduğu yerlər barədə dəqiq və hərtərəfli məlumatların təqdim edilməsi mühüm əhəmiyyət daşıyır. Belə əməkdaşlıq ilk növbədə humanitar öhdəlikdir və minlərlə ailənin onilliklər ərzində yaşadığı qeyri-müəyyənliyə son qoyulması üçün zəruridir.

Çətin relyef və hava şəraiti, eləcə də minaların və partlamamış hərbi sursatların yaratdığı təhlükələrə baxmayaraq, axtarış əməliyyatları bütün mövcud resurslar və qabaqcıl texnologiyalardan istifadə edilməklə davam etdirilir.

Hər bir ailənin öz yaxınlarının taleyini bilmək hüququ var.

Hər bir itkin şəxsin adı var. Hər bir ailə cavaba layiqdir".

  • Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib
  • Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости