https://news.day.az/azerinews/1857430.html Niderland Səfirliyi Şəkidə xəsarət alan vətəndaşının xilas edilməsinə görə Azərbaycana təşəkkür edib Niderlandın Azərbaycandakı Səfirliyi Şəkidə xəsarət alan Niderland vətəndaşının xilas edilməsinə görə Azərbaycana təşəkkür edib. Bu barədə Niderlandın Azərbaycandakı Səfirliyinin "X" hesabından edilən paylaşımda bildirilib.

Niderland Səfirliyi Şəkidə xəsarət alan vətəndaşının xilas edilməsinə görə Azərbaycana təşəkkür edib

Azərbaycanca, 2 сентября 2026 18:31 (UTC +04:00) 220
Niderland Səfirliyi Şəkidə xəsarət alan vətəndaşının xilas edilməsinə görə Azərbaycana təşəkkür edib

Niderlandın Azərbaycandakı Səfirliyi Şəkidə xəsarət alan Niderland vətəndaşının xilas edilməsinə görə Azərbaycana təşəkkür edib.

Bu barədə Niderlandın Azərbaycandakı Səfirliyinin "X" hesabından edilən paylaşımda bildirilib.

"Avqustun 29-da Şəkidə dağlıq ərazidə yürüş zamanı xəsarət alan Niderland vətəndaşının xilas edilməsinə və təcili tibbi yardım göstərilməsinə görə, Azərbaycanın aidiyyəti qurumlarına minnətdarlığımızı bildiririk.

Xüsusilə, çətin dağlıq ərazidə və qaranlıq şəraitdə həyata keçirilən təcili xilasetmə əməliyyatına, helikopterlə operativ təxliyəyə və hadisə yerində ilkin tibbi yardım göstərilməsinə görə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə təşəkkür edirik", - deyə paylaşımda qeyd edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости