https://news.day.az/azerinews/1857587.html Şagirdlərin yerdəyişməsi prosesi dayandırılır 20 avqust saat 15:00-dan etibarən başlayan şagirdlərin elektron yerdəyişməsi prosesi sentyabrın 7-də yekunlaşır. Day.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Şagirdlərin yerdəyişməsi prosesi dayandırılır

Azərbaycanca, 3 сентября 2026 16:25 (UTC +04:00) 271
Şagirdlərin yerdəyişməsi prosesi dayandırılır

20 avqust saat 15:00-dan etibarən başlayan şagirdlərin elektron yerdəyişməsi prosesi sentyabrın 7-də yekunlaşır.

Day.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, sy.edu.az elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 7 sentyabr saat 12:00-da dayandırılacaq.

Həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 10 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, yerdəyişmə prosesi başa çatdıqdan sonra tamamlanmayan sorğular və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости