https://news.day.az/azerinews/1859233.html Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev Son altı ildə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri bu ərazilərdə nəzərəçarpacaq transformasiyaya səbəb olub.

Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev

Azərbaycanca, 11 сентября 2026 10:13 (UTC +04:00) 134
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır

Son altı ildə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri bu ərazilərdə nəzərəçarpacaq transformasiyaya səbəb olub.

Day.Az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.

Hikmət Hacıyev qeyd edib ki, bu, diplomatik korpusun nümayəndələri ilə birlikdə Qarabağa 22-ci səfəridir.

"Son altı il ərzində biz Qarabağ və Şərqi Zəngəzurun gözlərimiz qarşısında baş verən diqqətəlayiq və nümunəvi transformasiyasının şahidi olmuşuq. Bu gün bu torpaqlar əsl intibah dövrünü yaşayır

Hər səfər zamanı ərazilərin bərpası və inkişafında yeni nailiyyətlərin, eləcə də bu torpaqlarda həyatın tədricən yenidən canlanmasının şahidi oluruq", - deyə o vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qron Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatlar arasındadır.

Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.

Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olacaqlar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости