https://news.day.az/azerinews/1859578.html Birinci sinfə elektron qəbul prosesi yenidən başlayır Birinci sinfə gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşir Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Birinci sinfə elektron qəbul prosesi yenidən başlayır

Azərbaycanca, 12 сентября 2026 14:37 (UTC +04:00) 173
Birinci sinfə elektron qəbul prosesi yenidən başlayır

Birinci sinfə gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşir

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, 16 sentyabr saat 11:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün boş qalan yerlərə məktəb və müəllim seçimi prosesi başlayacaq. Proses 30 sentyabr saat 15:00-dək davam edəcək.

 

Qeyd olunan tarixədək övladları üçün mektebeqebul.edu.az portalında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladlarının ümumi təhsil müəssisəsinə qəbul prosesini yekunlaşdıra bilərlər.

Elektron qəbul prosesi yalnız üzrlü səbəbdən birinci sinfə qeydiyyatı gecikən və müəyyən edilmiş müddətdə elektron sistemdə sorğu yerləşdirən uşaqları əhatə edir.

Qeyd edək ki, 2026-2027-ci tədris ili üzrə bu günədək 124 mindən çox uşaq birinci sinfə qəbul olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости