https://news.day.az/azerinews/1863082.html İtaliyanın Baş naziri Prezident İlham Əliyevə təşəkkür edib İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycanın Prezidenti İlham Əliyevə İtaliyanın bütün ərazisində yanacağın qiymətlərinin məhdudlaşdırılması ilə bağlı qərara görə təşəkkür edib. Day.Az xəbər verir ki, bu barədə Baş nazir sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb.

İtaliyanın Baş naziri Prezident İlham Əliyevə təşəkkür edib

Azərbaycanca, 28 сентября 2026 00:32 (UTC +04:00) 174
İtaliyanın Baş naziri Prezident İlham Əliyevə təşəkkür edib

İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycanın Prezidenti İlham Əliyevə İtaliyanın bütün ərazisində yanacağın qiymətlərinin məhdudlaşdırılması ilə bağlı qərara görə təşəkkür edib.

Day.Az xəbər verir ki, bu barədə Baş nazir sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb.

"Enidən sonra IP şirkəti də ölkə üzrə yanacağın qiymətlərinə limit tətbiq etmək qərarına gəlib. Bu, İtaliya ailələrinə göstərilən diqqətin mühüm əlamətidir və yanacağın bahalaşmasının qarşısının alınmasına konkret töhfə verməyin mümkün olduğunu təsdiqləyir. Bu diqqətə görə Azərbaycanın Prezidenti İlham Əliyevə, əməkdaşlığımızı gücləndirən bu addıma görə, həmçinin SOCAR-ın prezidenti Rövşən Nəcəfə təşəkkür etmək istəyirəm", - deyə o yazıb.

Meloni bildirib ki, İtaliya hökuməti hazırkı mürəkkəb beynəlxalq vəziyyətdə ailələrə dəstək olmaq və onların alıcılıq qabiliyyətini qorumaq istiqamətində fəaliyyətini davam etdirəcək.

Bu arada, bir müddət əvvəl Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın Eni S.p.A. şirkəti SOCAR-ın Kot-d'İvuardakı Baleine neft-qaz yatağının işlənməsi layihəsində 10 faizlik iştirak payını əldə etdiyi sövdələşmənin tamamlanması ilə bağlı Protokol mübadiləsi həyata keçirib.

SOCAR-ın məlumatına görə, sövdələşmə tamamlandıqdan sonra layihədə iştirakçıların payları belə bölüşdürülüb: Eni - 37,25 faiz, Vitol - 30 faiz, Kot-d'İvuarın milli neft-qaz şirkəti Petroci - 22,75 faiz, SOCAR - 10 faiz.

"Payın əldə edilməsi SOCAR-a Afrikanın neft-qaz sektoruna çıxış imkanı verəcək və şirkətin kəşfiyyat və hasilat sahəsində qlobal fəaliyyətini genişləndirmək üzrə uzunmüddətli strategiyasının bir hissəsi olacaq", - deyə şirkətin məlumatında bildirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости