https://news.day.az/azerinews/1863889.html Azərbaycanın hazırladığı silahlı robot platformaları ADEX-2026-da nümayiş etdirildi - FOTO Azərbaycanın yerli imkanları hesabına hazırladığı müxtəlif təyinatlı insansız quru robotları və silahlı robot platformaları ilk dəfə ADEX-2026 beynəlxalq müdafiə sərgisində nümayiş etdirilib.

Azərbaycanın hazırladığı silahlı robot platformaları ADEX-2026-da nümayiş etdirildi - FOTO

Azərbaycanca, 1 октября 2026 11:06 (UTC +04:00) 176
Azərbaycanın hazırladığı silahlı robot platformaları ADEX-2026-da nümayiş etdirildi

Azərbaycanın yerli imkanları hesabına hazırladığı müxtəlif təyinatlı insansız quru robotları və silahlı robot platformaları ilk dəfə ADEX-2026 beynəlxalq müdafiə sərgisində nümayiş etdirilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, təqdim olunan texnikalar arasında SIGR-1 və SIGR-2 tırtıllı robotları, eləcə də TIGR adlı təkərli insansız quru platforması yer alıb.

Robotların əsas konstruksiyası və proqram təminatı tamamilə azərbaycanlı mühəndislər tərəfindən hazırlanıb. Platformalara həm yerli istehsal olan silah qüllələri, həm də Türkiyənin ASELSAN və Sloveniyanın Valhalla şirkətlərinə məxsus döyüş modulları inteqrasiya olunub.

İnsansız sistemlər yalnız döyüş tapşırıqları üçün deyil, eyni zamanda cəbhə xəttində logistika təminatı, yükdaşıma və yaralıların təxliyəsi kimi əməliyyatlarda istifadə imkanlarına malikdir.

Xatırladaq ki, "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-сi yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi işə başlayıb.

Ümumilikdə, "ADEX" və "Securex Caspian" sərgilərində 29 ölkədən 270-dən çox şirkət iştirakını təsdiqləyib. Sərgidə iştirak üçün indiyədək 33 ölkədən 45 xarici nümayəndə heyəti qeydiyyatdan keçib.

Nümayəndə heyətlərinin təmsil etdiyi ölkələr arasında ABŞ, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Əfqanıstan, Gürcüstan, İordaniya, İraq, İsrail, İtaliya, Qazaxıstan, Qırğızıstan, Latviya, Malayziya, Mərakeş, Monteneqro, Nigeriya, Özbəkistan, Pakistan, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Sudan, Şimali Kipr, Türkiyə, Türkmənistan, Ukrayna, Uqanda və Vyetnam yer alır.

Bundan başqa, ABŞ, Azərbaycan, Belarus, Böyük Britaniya, Çexiya, Çin, İsrail, İtaliya, Pakistan, Rumıniya, Rusiya, Slovakiya, Türkiyə və Özbəkistan olmaqla 14 ölkə sərgilərdə milli pavilyonla təmsil edilir.
"ADEX" 2026-nın əsas yeniliklərindən biri Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə milli ekspozisiyaya ayrılmasıdır.

  • Azərbaycanın hazırladığı silahlı robot platformaları ADEX-2026-da nümayiş etdirildi
  • Azərbaycanın hazırladığı silahlı robot platformaları ADEX-2026-da nümayiş etdirildi
  • Azərbaycanın hazırladığı silahlı robot platformaları ADEX-2026-da nümayiş etdirildi
  • Azərbaycanın hazırladığı silahlı robot platformaları ADEX-2026-da nümayiş etdirildi
  • Azərbaycanın hazırladığı silahlı robot platformaları ADEX-2026-da nümayiş etdirildi
  • Azərbaycanın hazırladığı silahlı robot platformaları ADEX-2026-da nümayiş etdirildi
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости