https://news.day.az/azerinews/1868879.html Yarım milyon evin hüquqi taleyi sual altındadır Problem necə həll olunacaq? - VİDEO Ölkə üzrə 700 mindən çox, Bakı və Abşeron ərazisində isə 500 minə yaxın fərdi yaşayış evi və torpaq sahəsi çıxarışsızdır. Problemin əsas səbəbləri torpaqların təyinatının yaşayış üçün nəzərdə tutulmaması, tikintiyə icazələrin olmaması və bəzi ərazilərdə tikintiyə qoyulan qadağalardır.

Yarım milyon evin hüquqi taleyi sual altındadır Problem necə həll olunacaq? - VİDEO

Azərbaycanca, 22 октября 2026 16:23 (UTC +04:00) 347
Yarım milyon evin hüquqi taleyi sual altındadır

Ölkə üzrə 700 mindən çox, Bakı və Abşeron ərazisində isə 500 minə yaxın fərdi yaşayış evi və torpaq sahəsi çıxarışsızdır. Problemin əsas səbəbləri torpaqların təyinatının yaşayış üçün nəzərdə tutulmaması, tikintiyə icazələrin olmaması və bəzi ərazilərdə tikintiyə qoyulan qadağalardır. Ekspertlər bildirirlər ki, hər bir əmlakın sənədləri, torpağın hüquqi statusu və tikilinin inşa tarixi ayrıca araşdırılmalıdır.

Day.Az xəbər verir ki, Mülki Məcəlləyə əsasən, daşınmaz əmlaka 30 il ərzində fasiləsiz və mübahisəsiz sahiblik edən şəxs müəyyən şərtlərlə mülkiyyət hüququnun qeydiyyatını tələb edə bilər. Lakin bu müddətin tamamlanması çıxarışın avtomatik verilməsi demək deyil. Müvafiq qurumların imtinası ilə qarşılaşan vətəndaşlar məhkəməyə müraciət edə bilərlər.

Ekspertlər hesab edirlər ki, əmlak amnistiyasının tətbiqi hüquqi statusu olmayan evlərdə yaşayan minlərlə ailənin probleminin həllinə kömək edə bilər. Bununla belə, bütün evlərin sənədləşdirilməsi mümkün deyil. Rəsmi məlumata görə, 2026-cı ilin yanvar-avqust aylarında daşınmaz əmlak üzərində 237 785 mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. Onlardan 69 688-i Bakı şəhərinin payına düşüb.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости