https://news.day.az/azerinews/1869674.html Azərbaycan Niderland üçün regionda mühüm tərəfdaşdır - Berendsen Niderland üçün Azərbaycan bu regionda mühüm tərəfdaşdır. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Azərbaycan Niderland üçün regionda mühüm tərəfdaşdır - Berendsen

Azərbaycanca, 26 октября 2026 14:24 (UTC +04:00) 223
Azərbaycan Niderland üçün regionda mühüm tərəfdaşdır

Niderland üçün Azərbaycan bu regionda mühüm tərəfdaşdır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, məhz buna görə də Niderland Azərbaycanla əməkdaşlığı gücləndirməkdə çox maraqlıdır.

"Bu gün biz siyasi, iqtisadi, təhsil və sosial sahədə əməkdaşlığımızı dərinləşdirmək və genişləndirmək istiqamətində ortaq niyyətimizi möhkəmləndirən yol xəritəsi üzrə razılığa gəldik. Bu yol xəritəsi sülhə, Cənubi Qafqazda və ondan kənarda sabitliyə və rifaha qoyulan sərmayədir. Niderland Azərbaycanla əlaqələrini gücləndirməyi səbirsizliklə gözləyir",- deyə T.Berendsen əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости