https://news.day.az/azerinews/1870088.html Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib - FOTO Azərbaycan ilə BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi (UNOCT) arasında əməkdaşlığın genişləndirilməsi, idarənin ölkəmizdə təmsilçiliyinin artırılması və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində birgə səylər müzakirə olunub.

Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib - FOTO

Azərbaycanca, 27 октября 2026 18:21 (UTC +04:00) 235
Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib

Azərbaycan ilə BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi (UNOCT) arasında əməkdaşlığın genişləndirilməsi, idarənin ölkəmizdə təmsilçiliyinin artırılması və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində birgə səylər müzakirə olunub.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun oktyabrın 27-də BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi üzrə Baş katibin müavini vəzifəsini icra edən Aleksandr Zuyevlə görüşünə dair Xarici İşlər Nazirliyinin mətbuat məlumatında bildirilib.

Görüşdə Azərbaycan ilə UNOCT arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.

Tərəflər oktyabrın 27-29-da Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini vurğulayıblar. Forumun müasir dövrün qlobal çağırışlarının müzakirəsi, mədəniyyətlər və dinlər arasında qarşılıqlı anlaşmanın təşviqi, sülh və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətli beynəlxalq platforma olduğu qeyd edilib.

Bununla yanaşı, Azərbaycanda keçirilən Bakı Təhlükəsizlik Forumunun beynəlxalq terrorçuluqla mübarizə sahəsində əməkdaşlığın inkişafına, təhlükəsizlik sahəsində etimadın möhkəmləndirilməsinə, təcrübə və məlumat mübadiləsinin genişləndirilməsinə verdiyi töhfə diqqətə çatdırılıb.

Görüşdə BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Azərbaycandakı təmsilçiliyinin genişləndirilməsi planları ətrafında da fikir mübadiləsi aparılıb. Bunun Azərbaycan ilə UNOCT arasında əməkdaşlığın institusional əsaslarını möhkəmləndirə, eləcə də terrorçuluqla mübarizə sahəsində beynəlxalq təşəbbüslərə dəstək verə biləcəyi vurğulanıb.

C.Bayramov Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizəyə verdiyi töhfələri və bu sahədə BMT, eləcə də onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığın inkişafına verdiyi əhəmiyyəti qeyd edib.

A.Zuyev isə UNOCT-nin fəaliyyəti, terrorçuluğa qarşı qlobal səylərin əlaqələndirilməsi və üzv dövlətlərlə əməkdaşlığın əsas istiqamətləri barədə məlumat verib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

  • Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib
  • Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib
  • Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib
  • Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib
  • Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib
  • Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib
  • Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib
  • Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости