https://news.day.az/azerinews/1871442.html
Belçikada Baş nazir istefa verdi
Belçikanın Baş naziri Bart de Vever hökumət başçısı vəzifəsindən istefa vermək qərarına gəlib. Day.Az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb. Belçika kralı Filip onun istefasını qəbul edərsə, ölkədə növbədənkənar parlament seçkiləri təyin oluna bilər.
Belçikada Baş nazir istefa verdi
Belçikanın Baş naziri Bart de Vever hökumət başçısı vəzifəsindən istefa vermək qərarına gəlib.
Day.Az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.
Belçika kralı Filip onun istefasını qəbul edərsə, ölkədə növbədənkənar parlament seçkiləri təyin oluna bilər.
De Vever bu qərarı beş partiyadan ibarət koalisiyasının gələn il üçün dövlət büdcəsi layihəsi ilə bağlı yenidən razılığa gələ bilməməsindən sonra qəbul edib.
Qeyd edək ki, Bart de Vever 2025-ci il fevralın 3-dən Belçikanın Baş naziri vəzifəsini tutur.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре