https://news.day.az/azerinews/1875782.html Azərbaycan Vyetnamda neft-qaz sənayesinin qurulmasına kömək edib - REPORTAJ - VİDEO Azərbaycanlı mütəxəssislər geoloji kəşfiyyatdan dənizdə qazma işlərinə və yerli kadrların hazırlanmasına qədər müxtəlif sahələrdə iştirak edərək Vyetnamın neft-qaz sənayesinin formalaşmasında mühüm rol oynayıblar. Day.Az xəbər verir ki, bu barədə Trend-in Hanoydakı xüsusi müxbiri Ləman Zeynalova məlumat verib.

Azərbaycan Vyetnamda neft-qaz sənayesinin qurulmasına kömək edib - REPORTAJ - VİDEO

Azərbaycanca, 20 ноября 2026 12:49 (UTC +04:00) 302
Azərbaycan Vyetnamda neft-qaz sənayesinin qurulmasına kömək edib

Azərbaycanlı mütəxəssislər geoloji kəşfiyyatdan dənizdə qazma işlərinə və yerli kadrların hazırlanmasına qədər müxtəlif sahələrdə iştirak edərək Vyetnamın neft-qaz sənayesinin formalaşmasında mühüm rol oynayıblar.

Day.Az xəbər verir ki, bu barədə Trend-in Hanoydakı xüsusi müxbiri Ləman Zeynalova məlumat verib.

Onun sözlərinə görə, iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın tarixi 1959-cu ildə Vyetnamın ilk prezidenti Ho Şi Minin Azərbaycana səfəri ilə başlayıb.

"Azərbaycan neftçilərinin təcrübəsi ilə tanış olduqdan sonra Ho Şi Min Vyetnamın öz neft-qaz sənayesinin yaradılmasına kömək göstərilməsi üçün mütəxəssislərin ölkəyə göndərilməsini xahiş edib.

Azərbaycanlı mütəxəssislər geoloji kəşfiyyat, dənizdə qazma və mühəndislik layihələrində iştirak edərək Vyetnamın neft-qaz sənayesinin gələcək inkişafının əsasını qoyublar.

1981-ci ildə Sovet-Vyetnam birgə müəssisəsi olan "Vietsovpetro"nun yaradılması mühüm mərhələ olub. Bu müəssisənin fəaliyyətində azərbaycanlı mütəxəssislər də iştirak ediblər.

Artıq 1986-cı ildə Vyetnamda "Ağ pələng" (Bạch Hổ) yatağında sənaye üsulu ilə neft hasilatına başlanılıb. Bu hadisə ölkənin neft sənayesinin inkişafında mühüm mərhələ olub", - deyə xüsusi müxbir bildirib.

Bundan əlavə, Azərbaycanın yardımı təhsil sahəsini də əhatə edib: "Minlərlə vyetnamlı mütəxəssis Azərbaycanda təhsil alıb və sonradan əldə etdikləri bilikləri öz vətənlərində tətbiq edib".

Sonda jurnalist iki ölkə arasında neft-qaz sektorunda əməkdaşlığın bu gün də davam etdiyini vurğulayıb.

"Bu əməkdaşlığın mühüm istiqamətlərindən biri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnamın "PetroVietnam" şirkəti arasındakı əlaqələrdir.

Vyetnamın neft-qaz sənayesinin formalaşma tarixi azərbaycanlı mütəxəssislərin bu sahənin inkişafına verdiyi əhəmiyyətli töhfəni nümayiş etdirir", - deyə Ləman Zeynalova qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости